Bakıda daha bir dəhşətli intihar

  • By admin
  • 07 Oktyabr 2016 12:04

intihar

Bakının Xocahəsən qəsəbəsində intihar hadisəsi baş verib.

Hadisə şahidlərinin Gununsesi.info-ya verdikləri məlumata görə, Qəsəbə ərazisində yaşayan, 2001-ci il təvəllüdlü Aygün Qubad qızı Qəniyeva yaşadığı evin pəncərəsindən özünü asaraq öldürüb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, A. Qəniyeva 6 saylı Laçın şəhər orta məktəbinin 9-cu sinfində oxuyurmuş.

Gununsesi.info