Bakıda daha bir tələbə dəm qazından vəfat etdi

  • By admin
  • 05 Dekabr 2019 10:22

Bakıda daha bir tələbə dəm qazından boğulub.

Gununsesi.org–un məlumatına görə, hadisə dekabrın 4-də baş verib.

Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Dadaşov Nurlan Akif oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub.

N.Dadaşovun meyiti otaq yoldaşları tərəfindən aşkar edilib.

Məlumata görə, N.Dadaşov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir.

 

Gununsesi.org