Bakıda evdən qadın meyiti tapılıb

  • By admin
  • 14 Oktyabr 2016 11:19

meyid

Bakıda evdə yaşlı qadın meyiti tapılıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1943-cü il təvəllüdlü Svetlana Desi qızı Minnətovanın cəsədini aidiyyati üzrə təhvil verilib. Əməliyyat saat 09:26-da başa çatıb.

Anar

Gununsesi.info