Bakıda bədbəxt hadisə baş verib.
FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O. Əhmədovun cəsədini şaxtadan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Gununsesi.info