Bakıda gənc döyülərək ağır xəsarət alıb

  • By admin
  • 18 Yanvar 2020 22:17

Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.

Gununsesi.org xəbər verir ki, hadisə rayonun Nobel prospektində, “Günəş” marketin yaxınlığında qeydə alınıb.

1991-ci il təvəllüdlü Əliyev Ağacan İntiqam oğlu tanıdığı şəxslərlə mübahisə edib. Nəticədə o, döyülərək ağır xəsarət alıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, üzün çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

Gununsesi.org