Bakıda iki tələbə qidadan zəhərləndi

  • By admin
  • 30 Noyabr 2019 10:53

Bakıda iki tələbə qidadan zəhərlənib.

Gununsesi.org-un xəbərinə görə. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Nizami rayonunun NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59-da daxil olub.

Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər.

3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər.

Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.

Gununsesi.org