Bakıda kafelərin birində yanğın baş verdi

  • By admin
  • 23 İyul 2019 10:17

Bakı şəhərinin Xətai rayonunda kafedə yanğın olub. 

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata əsasən, ümumi sahəsi 400 m² olan kafenin yanar konstruksiyaları 20 m² sahədə, bitişik, ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan əşyalar yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.org