Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 17-də saat 22.00 radələrində Xətai rayonunun Telnov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mehdi Daşdəmirov vurulub.

Nəticədə M.Daşdəmirov hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Lexus” markalı avtomobilin sürücüsü, paytaxt sakini Rafiq Xudiyev saxlanılıb.

Gununsesi.info