Bakıda mənzildə 66 yaşlı kişinin cəsədi aşkarlanıb

  • By admin
  • 09 Oktyabr 2016 17:04

209403

 

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Gununsesi.info FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1950-ci il təvəllüdlü Axundov Rasim Nazim oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 14:26-da başa çatıb.

 

 

Gununsesi.info