Bakıda mənzildə köməksiz qalan 2 azyaşlı xilas edilib

  • By admin
  • 16 Noyabr 2017 23:06

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbi ilə mənzildə köməksiz vəziyyətdə qalıb. 

Gununsesi.info FHN-nin saytına istinadən xəbər verir ki, xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin ediblər.

Gununsesi.info