Bakıda mənzildə meyit tapılıb

  • By admin
  • 11 Aprel 2018 21:29


Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açaraq orada 1964-cü il təvəllüdlü Ayıpov Fatik Qasımoviçin meyitini aşkarlayıblar.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info