Bakıda maşın anidən alovlandı- VİDEO

Bakıda maşın anidən alovlandı

Bakı “BMW” markalı maşın yanıb.

Gununsesi.org xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində, “Neolit” şadlıq sarayının yaxınlığında baş verib.

Hadisənin görüntüləri oxucular tərəfindən redaksiyamıza göndərilib. Bildirilir ki, yanğın avtomobilin salonunda başlayıb. Maşının qapıları kilidləndiyi üçün sürücü və sərnişinlər şüşələri sındıraraq yanğından xilas ola biliblər.

Videodan görünür ki, yanan maşını FHN əməkdaşları deyil, ətrafda olan insanlar söndürməyə çalışır.

COMMENTS