Bakıda parkda ağacın budaqları qırılaraq attraksionların üstünə düşüb- FOTOLAR

Bakıda parkda ağacın budaqları qırılaraq attraksionların üstünə düşüb

Güclü külək Bakının Nərimanov rayonunda bir sıra fəsadlar törədib.

Gununsesi.org-un “Report”-a istinadən verdiyi xəbərə görə, səhər saatlarından davam edən şimal-qərb küləyi Nərimanov parkında bir neçə ağacı aşırıb. Daha bir neçə ağacın isə budaqları qırılaraq attraksionların üstünə düşüb.

Xoşbəxtlikdən hadisə zamanı ərazidə heç kim olmayıb.

Hadisə ilə bağlı müvafiq qurumlara məlumat verildiyi bildirilir.

Gununsesi.org

COMMENTS