Bakıda polis bölməsinin qarşısında meyit tapıldı

  • By admin
  • 21 Yanvar 2020 13:20

Bakı şəhəri Yasamal rayonunda küçədən meyit tapılıb.

Gununsesi.org xəbər verir ki ,Lent.az-ın məlumatına görə, hadisə yanvarın 19-da rayonun İzmir küçəsində qeydə alınıb.

Bildirilir ki, kimliyi bilinməyən şəxsin meyiti 27-ci Polis Bölməsinin qarşısında aşkar edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbələr xəbəri təsdiqləyib.

Gununsesi.org