Bakıda qeyri-adi kurs: Qadınlara intim həzz almağı öyrədirlər – VİDEO

  • By admin
  • 29 Yanvar 2020 17:23

Bakıda qadınların intim bacarıqlarını artırmaq məqsədilə intim gimnastika dərsləri təşkil edilir, 1news.az məlumat yayıb.

Gununsesi.org Baku.WS-ə istinadən xəbər verir ki, gimnastika dərsləri Marcina Jumati adlı şəxs tərəfindən keçirilir. Marcina deyir ki, bu kurslar Azərbaycanda barəsində danışılmayan bir çox faydalı məlumatları insanlara verir:

“Mən Dubayda yaşayan azərbaycanlılardan da bir müddət əvvəl dəvət almışdım və onlara, o cümlədən ərəb xanımlara vumbildiq öyrətmək şansım olub. Dubayda həddən artıq bahalı həyat keçirdiyim üçün qayıtmaq qərarına gəldim.

Bu dərs proqramı mənə məxsusdur, kurslarda əldə olunan biliklərdən istifadə edərək intim gimnasitikanı yaratmışam. Bu simulyatorları mənə Vumbildinq Federasiyası verir və mən də öz növbəmdə tələbələrimə təklif edirəm”.

 

 

Gununsesi.org