Bakıda qurulan yolka MDB ölkələri arasında İLK YERDƏDİR- Video

  • By admin
  • 30 Noyabr 2019 12:54

Yeni il astanasında mütəxəssislər MDB ölkələri və Gürcüstanın əsas yolkalarının hündürlüyünü ölçüblər.

Gununsesi.org-un “MİR 24” telekanalına istinadən verdiyi xəbərə görə, ölçmələr zamanı ən yüksək yolka məlum olub. Hündürlüyü 37 metr olan ağac Azərbaycanın paytaxtı Bakıda yerləşir.

 İkinci yeri hər biri 35 metr olan iki yolka bölüb. Onlardan biri Yerevanda, digəri isə Tbilisidədir. Minskdəki yolkanın hündürlüyü 30 metrdir. Ondan bir qədər kiçik Yeni il simvollarını isə Düşənbə, Moskva və Bişkekdə quraşdıracaqlar. Nisbətən balaca yolka Sankt-Peterburqda olacaq, hansının ki, hündürlüyü 25 metr təşkil edir.

 

 

Gununsesi.org