Bakıda sevgilisini küçədə bıçaqlayaraq öldürdü - FOTOLAR

  • By admin
  • 29 Noyabr 2019 11:13

Bakıda gecə saatlarında qadın çay evinin qarşısında öldürülüb.

Gununsesi.org-un verdiyi xəbərə görə, noyabrın 28-i saat 23 radələrində 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub.

P.İsmayılova aldığı bıçaq zərbələri nəticəsində ölüb.

Sərxan Məmmədov Cinayət Məcəlləsinin qəsdən adam öldürməkdə şübhəli bilinərək tutulub.


Gununsesi.org