Bakıda təkər emalı sexində yanğın olub

  • By admin
  • 13 Oktyabr 2019 10:20

Bakıda təkər emalı sexində yanğın olub.

Gununsesi.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 540 m² olan təkər emalı sexinin penoplastdan ibarət tavanı, içərisində əşyalar və 100 m² sahədə üyüdülmüş rezin, yaxınlıqda, ümumi sahəsi 540 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisində rezin döşəmələr, qəliblər yanıb.

Sexin və anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

Gununsesi.org