Bakıda tanınmış travmatoloqu maşın vuraraq öldürüb – YENİLƏNİB - FOTO

  • By admin
  • 01 Mart 2018 22:50


Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

“Report” xəbər verir ki, vurulan piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.

E.İsmayılov uzun müddət ET Travmatologiya və Ortopediya İnstitutunda həkim kimi fəaliyyət göstərib.

***20:27

Bakının Yasamal rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

“Report”un məlumatına görə, orta yaşlı kişi piyada keçidindən yolu keçmək istəyərkən “Niva” markalı minik avtomobili tərəfindən vurulub.

Meyit kimliyinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info