Bakıda toyda kütləvi dava baş verdi- YÜZƏ YAXIN QONAQ POLİS BÖLMƏSİNƏ ÇAĞIRILDI/ VİDEO

Bakıda toyda kütləvi dava baş verdi

Bakı şəhərində keçirilən toy məclisində kütləvi dava olub.
Criminal.az saytının hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, dava Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ”Kristal” şadlıq sarayında baş verib.
Toy məclisində başlayan dava daha sonra şadlıq sarayının həyətində daha da böyüyüb. Məclisində iştirak edən yüzə yaxın qonaq əlbəyaxa olub. Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinin əməliyyat qrupu gəlib. Polisin müdaxiləsindən sonra dava edən şəxslər sakitləşdirilib.
Davanın hansı səbəbdən baş verməsi məlum deyil.
Hadisə yerindən çəkilmiş videogörüntünü təqdim edirik:

 Gununsesi.org

COMMENTS