Bakıda xanım sürücü ağır qəza törətdi – VİDEO

  • By admin
  • 17 Noyabr 2019 11:03

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Zirə-Dübəndi yolunda qeydə alınıb.

Hadisə zamanı 90-CL-695 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil yol kənarındakı ağaclara çırpılıb.

 

Qəza zamanı avtomobilə və 10-a yaxın ağaca ziyan dəyib.

Şahidlərin sözlərinə görə, qəzaya avtomobilin xanım sürücüsünün idarəetməni itirməsi səbəb olub.

 

 

Gununsesi.org