Bakıda yanğın zamanı üç tələbə qız öldü – VİDEO

  • By admin
  • 10 Yanvar 2020 08:31

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş yanğın zamanı üç əcnəbi tələbə qız boğularaq ölüb.

Gununsesi.org xəbər verir ki, bədbəxt hadisə Xanlar küçəsi 60 ünvanında baş verib.

Ümümi sahəsi 36 m² olan bir otaqlı mənzildə bir ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Yanğın zamanı əmələ gələn tüstüdən üç tələbə qız boğularaq ölüb.

Qızların Şri-Lanka vətəndaşları olduqları məlum olub. Onlar Bakıda fəaliyyət göstərən Qərbi Kaspi Universitetinin tələbələri olublar.

 

 

Gununsesi.org