Bakıda yenə bina yandı - XƏSTƏXANAYA YERLƏŞDİRİLƏNLƏR VAR

  • By admin
  • 11 Aprel 2019 09:48

Bakının Nəsimi rayonu ərazisində, Füzuli və Topçubaşov küçələrinin kəsişməsində, “Günaybank”ın arxasında 3 mərtəbəli binada yanğın olub.

Gununsesi.org  Virtualaz.org-a istinadən xəbər verir ki, yanğın zamanı xəsarət alanlar var.

 Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, təcili yardım briqadaları hadisə yerindədir. 57 yaşlı qadın başın 2-ci dərəcəli yanığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. 16 yaşlı oğlan isə zəhərlənmə diaqnozu ilə həmin xəstəxananın taksikologiya şöbəsinə yerləşdirilib.
Gununsesi.org