Bakıda yenə də ağır yol qəzası baş verdi - 1 NƏFƏR DÜNYASINI DƏYİŞDİ

  • By admin
  • 15 İyul 2019 12:05

Bakıda daha bir ağır yol qəzası baş verib.

Gununsesi.org xəbər verir ki, Sabunçu rayonu ərazisində – Zabrat və Məhəmmədli qəsəbələrini birləşdirən yolda Elçin İsrafilzadə idarə etdiyi “KİA Sportage” markalı minik avtomobili ilə piyadanı vurub. Ağır xəsarət alan yaşlı kişi vəfat edib.

İlkin araşdırmalar zamanı ölən şəxsin paytaxt sakini Ramiz Şərbətov olması müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.org