Bakıda yeni çəkilmiş daha bir yol çökdü – FOTO

  • By admin
  • 26 Noyabr 2019 10:26

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yeni çəkilmiş yol çöküb.

Gununsesi.org avtosfer.az-a istinadən xəbər verir ki, hadisə İmam Rza məscidinin yerləşdiyi küçədə baş verib. “KamAZ” markalı su maşını hərəkətdə olarkən qəfildən təkərinin biri asfalta girib.

Qeyd edək ki, ərazidə bir müddətdir “Azərsu” qazıntı işləri apararaq su çəkir.

Daha sonra isə qazılan ərazilərin üstünə asfalt vurulur.

Gununsesi.org