Bakıda yeni təmir olunmuş məktəb yandı

  • By admin
  • 23 May 2016 09:53

yangin-300x190

Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbdə yanğın baş verib. “Gununsesi.info” xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Məktəbdəki şagird və müəllimlər təxliyə edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov  açıqlamasında məktəbdə partlayış olması barədə məlumatlara münasibət bildirib: “Məktəbdə heç bir partlayış olmayıb. Yanğın hadisəsi məktəbin ibtidai sinfin şagirdlərinin dərs keçdiyi korpusda qeydə alınıb. Məktəbin giriş hissəsindəki otaqlardan birində mebel yanıb. Yanğının baş verməsinin səbəbləri araşdırılır. Şagirdlər dərhal hadisə yerindən təxliyyə olunub. Xəsarət alan yoxdur”.

Qeyd edək ki, adıçəkilən məktəb təmirdən bu yaxınlarda çıxıb.