Bakıda yüksək dozada narkotik daha bir can aldı: 26 yaşlı gənc ölü tapıldı

  • By admin
  • 18 Fevral 2020 17:40

Bakıda yüksək dozada narkotik maddə qəbul edən şəxsin ölüm faktı qeydə alınıb.

Gununsesi.org bildirir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

1994-cü il təvəllüdlü Azər Sadıqov Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evində vəfat edib. İlkin məlumata görə, 26 yaşlı gəncin ölümünə yüksək dozada narkotik maddə qəbul etməsi səbəb olub.

Ötən gün polis əməkdaşları tərəfindən qanunsuz yolla narkotik maddələrin əldə olunması və saxlanması ilə əlaqədar beş fakt qeydə alınıb.

Gununsesi.org