Bakıdakı “Eurohome” bazarı yanır - VİDEO

  • By admin
  • 10 Dekabr 2019 09:47

Fövqəladə Hallar Nazirliyi (FHN) “Eurohome” ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

Gununsesi.org Modern.az-a istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, səhər saatlarında “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “Eurohome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

****

Bakının Binəqədi rayonu ərazisindəki Xırdalan dairəsinin yaxınlığında yerləşən “Eurohome” ticarət mərkəzində güclü yanğın baş verib.


Modern.az 
xəbər verir ki, tikinti materiallarının topdansatış bazarı kimi tanınan “Eurohome” ticarət mərkəzindəki yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub.

Hazırda yanğın davam edir, 20-dək yanğındürmə maşını  alovun qarşısını almağa çalışır.

Yanğınla əlaqədar Xırdalan dairəsi istiqamətindəki yollarda nəqliyyatın tıxacı da yaranıb.

 

Hazırda yanğının qarşısının alınmasını istiqamətində tədbirlər görülür.

 

***

Yanğının əhatə dairəsi geniş olduğu üçün helikopter cəlb olunub.