Bakıdan Dubaya uçan təyyarə İranda təcili eniş edib

Bakıdan Dubaya uçan təyyarə İranda təcili eniş edib

Bakı-Dubay reysində uçan təyyarə Şirazda təcili eniş edib.

Gununsesi.org-un məlumatına görə, bunu Şirazın Şəhid Dəstğeyb adına beynəlxalq hava limanının rəhbəri Ehsan Ostovar deyib.

Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 13:36-da “Fly Dubai” hava yollarına məxsus “737 B” saylı reysində uçan təyyarənin pilotu ekipaj kabinetində tüstü müşahidə etdiyi üçün Şiraz hava limanında təcili eniş edib.

O bildirib ki, Bakıdan Dubaya uçan təyyarədə 124 sərnişin və 6 ekipaj üzvi olub ki, onların hamısı təxliyyə olunub.

E.Ostovar deyib ki, xarici şirkət sərnişinlərin Şirazdan Dubaya çatdırılması üçün təyyarə göndərib.

 

 

Gununsesi.org

COMMENTS