Bakının bu rayonunda su olmayacaq

  • By admin
  • 07 Dekabr 2019 13:01

Bakının Xətai rayonunda içməli su olmayacaq.

Gununsesi.org xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu ərazisində magistral su xəttində baş vermiş qəza səbəbindən gün ərzində rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış problemin aradan qaldırılması ilə əlaqədar tədbirlər görülür.

Gununsesi.org