Bakının qəsəbələri bu gün işıqsız qalacaq

  • By admin
  • 24 Mart 2019 11:08

“Azərişıq” ASC Nardaran, Bilgəh və Buzovna ( Albalıq yaşayış sahəsi)  qəsəbələrində elektrik verilişi xətlərində aparılan yenidənqurma işlərini yekunlaşdırır. 

Gununsesi.org xəbər verir ki, bununla əlaqədar bu gün saat 11:00-dan 14:00-a qədər adı çəkilən qəsəbələrin bəzi ərazilərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yarana bilər.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlaçılardan üzr istəyir.