“Bakıya gələndə təyyarəmiz qasırğaya düşdü” - EMİN

  • By admin
  • 20 İyul 2016 16:59

em

 

Rusiyalı müğənni Ani Lorak Bakı səfəri zamanı həyəcanlı anlar yaşadığını deyib.

Gununsesi.info-nun məlumatına görə, Rusiya saytlarından birinə açıqlama verən ifaçı təyyarənin qasırğaya düşdüyünü bildirib:

“Emin Ağalarovun təşkil etdiyi “Jara” festivalına gedirdik. Səhnədəki çıxışımıza hazırlaşmaq üçün bir neçə gün əvvəl getmək qərarına gəldim. Qasırğaya düşdük, təyyarə elə silkələndi ki, qorxduq. Elə düşündüm ki, artıq Bakıya enə bilməyəcəyik. Amma hər şey düzəldi və hava limanına endik. Orada öyrəndik ki, sən demə, həmin vaxt Xəzər dənizində qasırğa olubmuş. Bakı küləklər şəhəridir. Təbiətdə bunu bizə göstərməyə çalışıb”.

Ani Lorak konsertdən əvvəl yaşanan hadisələrdən də söz açıb:

“Yağışlı havada çox çıxışlar etmişəm. Amma külək qorxulu idi. Bir gün səhər oyandıq ki, məşq edək. Gördük külək bütün stulları atıb, bilbortlar uçub. Tək ümidimizi konsert günü havanın düzəlməsinə bağlamışdıq”.

Gununsesi.info