“BakuBus”ın avtobusu gənc qızı vurdu

  • By admin
  • 21 Noyabr 2017 17:26

“BakuBus”ın avtobusu gənc qızı vurub.

Gununsesi.info “report”a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Yasamal rayonunda baş verib.

Belə ki, Hüseyn Cavid prospektində yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Abbaslı Roza Pərviz qızını 3 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” şirkətinə məxsus sərnişin avtobusu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info