Balidə 20 milyona villa alacaq

Balidə 20 milyona villa alacaq

Rusiya aparıcı və müğənnisi Olqa Buzova Bali adasında 20 milyon rubl məbləğində villa alacaq. 

Gununsesi.org-un “REN TV”yə istinadən məlumatına görə, yeni şousunun çəkilişləri ilə bağlı İndoneziyaya yollanan artist orada 500 kv.m-dən çox sahəsi və 6 yataq otağı olan evlə maraqlanıb.

“Bu günlərdə Olqa dostları ilə bərabər Cimbaran elit rayonunda 500 kv.m-dən çox sahəsi olan bizim ən yaxşı villalarımızdan birinə baxırdı”, – yerli agentliyin rieltoru deyib.

Evin həyətində günəş vannası qəbul etmək üçün şezlonqlar və 16 metrlik hovuz var.

Gununsesi.org

COMMENTS