Balıq tutarkən göldə boğuldu

  • By admin
  • 23 Avqust 2019 11:56

Bərdə rayonunda boğulma hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.

Rayon sakini Vidadi Musayev balıq tutarkən ayağı sürüşərək gölə düşüb. Köməksiz qalan V.Musayev suda boğulub.

Faktla araşdırma aparılır.

Gununsesi.org