“Baltika-Bakı” bağlansa da, kütləvi ixtisarlar olmayacaq - ŞİRKƏT RƏHBƏRİ

  • By admin
  • 19 Avqust 2016 10:41
BAKİ
Şirkətin rentabellik həddində dayanmasına baxmayaraq, biz işçilərin kütləvi ixtisarı kimi kritik addımlar atmamaq və biznesimizin rentabelliyini qaytarmaq üçün maksimal səviyyədə çalışırıq.
Gununsesi.info xəbər verir ki, bu fikri  “Baltika-Bakı” şirkətinin Baş direktoru və Carlsberg Qazaxıstan şirkətinin Prezidenti Viktor Semak deyib.
Onun szlərinə görə, lakin biznesimizin qarşılaşdığı hazırki durumda bunu həyata keçirmək olduqca çətindir. “Hesab edirəm ki, yalnız şirkətimiz üçün deyil, bütünlüklə pivə sektoru üçün yeganə çıxış yolu müvafiq qanunvericiliyin yenidən baxılması sahəsində dövlət dəstəyidir. Satış zəncirinin yeni nağdsız hesablaşma və öncədən ödəniş sisteminə keçməyə hazırlıq səviyyəsini yoxlamaq məqsədi ilə şirkətimizin keçirdiyi monitorinqin nəticələrinə əsasən ölkə üzrə distribyutorlarımızın dörddə üç hissəsi və  satış nöqtələrinin 68% yeni biznes modelinə keçməyə hazır deyil. Şübhəsiz, nağdsız ödənişə keçid biznesin şəffaflığını təmin etmək baxımından dövlət üçün olduqca vacib addımdır və biz qanuna tabe  şirkət olaraq bu təşəbbüsü dəstəkləyirik. Lakin, monitorinq nəticələrinə əsasən, əvvəlcədən ödəniş tələbinin tətbiqi nəinki tədarük zəncirinin üzvləri arasında münasibət məntiqinə zidd olan, hətta sektor üçün acınacaqlı fəsadlar törədəcək ağır şərtdir”-deyə, V.Semak vurğolayıb.  
V.Semak əlsvə edib ki, Carlsberg Group-un Şərqi Avropa regionunda ümumi nəticələrinə gəldikdə isə, təmiz gəlir regionda ötən ilin analoji dövrü ilə müqayisədə orqanik olaraq 8% artıb: “Hesabat dövrü ərzində birbaşa qazanc valyuta faktorunun təsiri ilə bağlı olaraq 15% azalıb. Belə ki, regionun bütün valyutaları devalvasiyaya uğrayıb. Əməliyyat gəliri orqanik olaraq 19% artıb, əməliyyat marjası isə 15,9%-ə qədər 100 baza punktu üzrə yaxşılaşıb”.
Gununsesi.info