Bank işçisini öldürən şəxs saxlanıldı

  • By admin
  • 09 Sentyabr 2019 10:57

Göygöl rayonunda keçmiş iş yoldaşını öldürən şəxs saxlanılıb.

Gununsesi.org-un verdiyi xəbərə görə, Beynəlxalq Bankın Gəncə filialının işçisi, 38 yaşlı Günay Cəlilini bıçaqlayaraq öldürməkdə şübhəli bilinən polis əməkdaşı Orxan Məmmədov hadisə törətdikdən sonra qaçıb gizlənib. İstintaq çərçivəsində onun axtarışları davam etdirilib. O.Məmmədov cinayəti törətdikdən sonra Bakı şəhərinə gələrək gizlənib. Polis qurumlarının birgə keçirdikləri əməliyyat nəticəsində O.Məmmədov bu gün paytaxtda saxlanılıb.

Məlumata görə, 28 yaşlı O.Məmmədov ilə Günay Cəlili arasında sevgi münasibətləri olub. Onlar bankda bir yerdə işləyiblər. Qətl də qısqanclıq zəminində törədilib. Hadisə zamanı G.Cəlili evdə tək olub. Mərhum qadın bundan əvvəl evli olub və həyat yoldaşı vəfat edib. Onun iki uşağı var, O.Məmmədov isə subaydır.

Faktla bağlı istintaq davam etdirilir.

Gununsesi.org