Bank sistemi tam çökə bilər - VAHİD ƏHMƏDOV HƏYƏCAN TƏBİLİ ÇALDI

  • By admin
  • 01 Fevral 2019 12:55

Deputat Vahid Əhmədov “Əmanətlərin tam sığortlanması haqqında” qanunun vaxtının uzadılmasını təklif edib.

Gununsesi.org-un  xəbərinə görə, Milli Məclisin ilk iclasında  çıxış edən deputat vurğulayıb ki, bu qanun 2016-cı ildən tətbiq edilməyə başlanılıb: “Əmanətlərin tam sığortalanmasının müddəti cari ilin mart ayında başa çatır. Bu müddətin uzadılması üçün yeni qanun qəbul edilməli, ya müvafiq qanuna dəyişikliklər edilməlidir. Əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək. Bankları da, əmanətçiləri də bu vəziyyətdən çıxarmaq lazımdır. Yoxsa bu, banklara növbəti böyük zərbə olar””.