Banklar Assosiasiyasının sədri: “Bacardıqca tövsiyə edilmiş faiz hədlərindən kənara çıxılmamalıdr”

  • By admin
  • 23 Avqust 2016 11:23
f88b421de02e43df56701f9068e559bd
Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları vaxtilə onlara tövsiyə edilmiş faiz hədlərinə əməl etməyə çalışır. 
Gununsesi.info xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.
Xatırladaq ki, 2015-ci ilin ortalarında ölkədə fəaliyyət göstərən kommersiya banklarına istehlak kreditlərinin illik faiz dərəcəsinin (FİFD) 29%-i, biznes kreditlərinin illik faiz dərəcəsinin isə 25%-i keçməməsi, kreditlərə görə tutulan komisyon haqqının isə 1%-dən çox olmaması tövsiyyə edilib. Banklar uzun müddət bu tövsiyyəyə əməl edib.
Son vaxtlar isə bəzi banklarda kreditlərin 30-36%-lə verilməsi, komisyon haqqının 2%-ə çatması müşahidə edilir. Z.Nuriyev hesab edir ki, bu cür vəziyyətin yaranması son aylar Azərbaycan manatının məzənnəsinin zəifləməsi ilə bağlıdır.
“Mümkündür ki, banklar məzənnə risklərindən qorunmaq üçün faizləri bir qədər artırsın, çünki bunu valyuta bazarındakı vəziyyət tələb edir. Amma əksər kredit təşkilatları bacardıqca tövsiyə edilmiş faiz hədlərindən kənara çıxmamağa çalışır”- deyə, ABA rəhbəri qeyd edib.
Gununsesi.info