Banklar dollar satışını dayandırıb

  • By admin
  • 24 İyun 2016 14:49

dollar

 

Azərbaycanda bəzi kommersiya bankları nağd dollar satışını dayandırıb. Gununsesi.info xəbər verir ki, buna səbəb dollara olan cari tələbatın kəskin artmasıdır. Bununla yanaşı, bəzi bankların rəhbərliyi qlobal bazarlardakı vəziyyəti izləyir, gözləmə mövqeyindən çıxış edir və proseslərə daha ehtiyatla yanaşmağa başlayıb.

Xatırladaq ki, “Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, nağd dollar satışını dayandıranlar arasında “Bank of Baku”, “Kapital Bank”, “Zaminbank”, “Kredobank” və s. bankların filialları var. Bir sıra digər kommersiya banklarında satış davam etdirilsə də, bu, limitlə həyata keçirilir.

Gununsesi.info