“Barselona” Qrizmannı istəmir- Klub prezidenti açıqladı

“Barselona” Qrizmannı istəmir

İspaniyanın “Barselona” klubunun prezidenti Jozep Bartomeu “Atletiko”dan ayrıldığını açıqlayan Antuan Qrizmannın Kataloniya klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, o, yayılan məlumatları təkzib edib.

“Əvvəl də dediyimiz kimi, Qrizmannla danışıq aparmırıq. Ona görə də nəyisə elan etməyə ehtiyac yoxdur. Görək, yaxın vaxtlarda transfer bazarında vəziyyət necə olacaq. Klubu mümkün sanksiyalardan qorumalıyıq”, deyə Bartomeu bildirib.

Qeyd edək ki, Qrizmann bir müddət öncə karyerasını “Barselona”da davam etdirəcəyini bildirmişdi.

COMMENTS