Baş nazir: “Ermənistan işğalçı siyasətindən əl çəkməlidir”

  • By admin
  • 03 İyun 2016 10:42

Binali Yildirim Bash Bakan

“Ermənistan işğalçı siyasətindən əl çəkməli və Azərbaycan ilə xoş qonşuluq əlaqələri qurmalıdır”.

 

Gununsesi.info “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bakıya səfəri öncəsi deyib.

Binəli Yıldırım bildirib ki, İrəvanın işğalçı siyasəti Ermənistanı izolyasiya vəziyyətinə salıb. Baş nazir qeyd edib ki, hər kəsə məlumdur ki, Ermənistan öz qonşularına qarşı, xüsusilə Azərbaycana qarşı aqressiya nümayiş etdirir.

Baş nazir B. Yıldırım bildirib: “Qoşunların təmas xəttində Ermənistanın təxribatlarına Azərbaycanın cavabı – qardaş ölkənin müdafiə sahəsində uğurlarının bariz nümunəsidir”.

Türkiyə rəsmisi vurğulayıb ki, ölkəsi ilk gündən Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləməkdə davam edəcək.