Baş nazirdən elektrik, qaz və istilik təchizatı ilə bağlı ÖNƏMLİ QƏRAR

  • By admin
  • 08 Yanvar 2020 15:40

“Elektrik və istilik qurğularının texniki istismar Qaydası” təsdiqlənib.

Gununsesi.org-un məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar ölkə başçısının 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Həmin fərman “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında idi.

Sənəd Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Gununsesi.org