Baş nazirlər enerji sahəsinə dair məsələləri müzakirə ediblər

  • By admin
  • 06 Dekabr 2016 21:00

f5622a4e94c9312689d2d7796420ee00

 

Rusiyanın baş naziri Dmitri Medvedev və onun türkiyəli həmkarı Binəli Yıldırım energetika, nüvə və neft-qaz sahələrinə dair məsələləri müzakirə ediblər.

Gununsesi.info “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Dmitri Medvedev Moskvada baş tutan danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz məzmunlu danışıqlar apardıq. Müzakirələr müxtəlif mövzuları geniş əhatə edib. Ticarət, sərmayələr, energetika, nüvə,  neft-qaz, sənaye, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrinə dair məsələlər müzakirə olunub”, – deyə Medvedev bildirib.

D.Medvedev  2017-ci ilin birinci yarısında Rusiya və Türkiyə prezidentləri arasında danışıqların aparılmasının planlaşdırıldığını bildirilib. Danışıqların Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası çərçivəsində aparılacağı qeyd olunur.

 

 

Gununsesi.info