Bayram günü fişənglərə görə 30 nəfər saxlanılıb

  • By admin
  • 02 Yanvar 2020 09:36

Polis əməkdaşları partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə tədbirlər keçirib.

Gununsesi.org xəbər verir ki, silsilə tədbirlər dekabrın 31-də polis əməkdaşları tərəfindən keçirilib.

Respublika ərazisində 30 nəfər yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulatların satışı ilə məşğul olduqları üçün saxlanılıb və  barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq məhkəmələrə göndərilib.

Gununsesi.org