Bayram tətilinə gedən tələbə təm qazından öldü

  • By admin
  • 04 Yanvar 2020 12:44

Bakıdan Gəncəyə bayram tətilinə gedən tələbə dəm qazından boğularaq ölüb.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Gəncənin Gülüstan qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, Bakıda təhsil alan tələbə, 1998-ci il təvəllüdlü Məmmədov Tural Uğur oğlu nənəsinin yaşadığı evdə hamamda çimərkən dəm qazından boğulub.

T.Məmmədov xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araçdırma aparılır.

Gununsesi.org