Bayramda 1 tona yaxın yararsız ət aşkar olunub

Bayramda 1 tona yaxın yararsız ət aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən birgə keçirilən monitorinq zamanı Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən heyvan kəsimi müəssisəsində baytarlıq-sanitariya qaydalarına uyğun olmayan şəkildə saxlanılan və istifadəyə yararsız 851 kiloqram ət aşkar olunub.

AQTA-dan Gununsesi.org-a bildirilib ki, müəssisənin heyvan kəsimi və soyuducu sahəsinə baxış zamanı 851 kiloqram heyvan cəmdəyində şübhə doğuran əlamətlər müəyyən edilib. Müəssisədə heyvan kəsimi dayandırılıb və ət satışına məhdudiyyət qoyulub.

Heyvan cəmdəyindən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.



COMMENTS