“Bazarstore”a hücum edən şəxs zərərsizləşdirildi

  • By admin
  • 25 Yanvar 2020 20:35

Bakıda 42 yaşlı kişi “Bazarstore” mağazasına bıçaqla basqın edib.

Gununsesi.org-un “Report”a istinadən məlumatına görə, hadisə bu gün saat 18:50 radələrində, paytaxtın Suraxanı rayonu, Malik Mustafayev və Elxan Həsənov küçəsinin kəsişməsində yerləşən ünvanda qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Tamin Məmmədov “Bazarstore” mağazasına daxil olaraq satıcını bıçaqla hədələyib, kassadan pul tələb edib. Bu zaman həmin ərazidə olan Suraxanı Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin (PPX) əməkdaşlarının çağırış üzrə hadisə yerində çevik tədbirləri nəticəsində T.Məmmədov saxlanılıb.

Daha sonra T.Məmmədov 31-ci Polis Bölməsinə təhvil verilib.

Fakt üzrə araşdırma aparılır.

 

Gununsesi.org