Beren Kənanla ayrılıq xəbərlərinə son qoydu- FOTO

Beren Kənanla ayrılıq xəbərlərinə son qoydu

Aktrisa Beren Saat müğənni Kənan Doğuludan boşanacağı iddialarına son qoyub.

Gununsesi.org xəbər verir ki, Kənanın “Yaparım bilirsin” adlı ilk albomunun 26-cı ildönümü münasibətilə İnstqram paylaşımına Berendən reaksiya gecikməyib. Müğənninin “Həmin günkü həyəcanımı təsəvvür etmək mümkün deyil. Profesional səhnəyə atdığım ilk addım idi” sözlərinə aktrisa ürək işarəsi qoyub. Bu isə 2014-cü ildən evli olan cütlüyün ayrılıq dedi-qodularının yalan olduğunu təsdiqləyib.

Xatırladaq ki, bu yaxınlarda Beren Saatla DJ Maqanın sevgili olması şayiələri yayılmışdı. Buna səbəb isə gecə klublarının birində Maqanın yanındakı xanımın aktrisaya bənzədilməsi olmuşdu.


COMMENTS