Beren Saat bir dəri, bir sümük qalıb –  foto

  • By admin
  • 07 Yanvar 2018 21:24


Son zamanlar həddindən artıq arıqlaması ilə diqqət çəkən aktrisa Beren Saat əri, müğənni Kənan Doğulu ilə hava limanında kameralara tuş gəliblər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük 20 günlüyünə Los-Ancelesə istirahətə yollanıb.

İldə iki dəfə Los-Ancelesdəki evində dincələn Beren və Kənan xoşbəxt görünüblər. Lakin aktrisanın xarici görünüşü bu dəfə də diqqətdən yayınmayıb. İdman geyimində olan Saat yayda görüldüyündən daha da arıqlayıb.

Qeyd edək ki, həyat yoldaşı Kənan Doğulunun xəbərdarlığından sonra Beren Saat kökəlmək qərarına gəlib. Sonuncu dəfə “İntiqam” serialı ilə tamaşaçı qarşısına keçən aktrisa 54 kiloqram çəkidən 47 kiloqrama düşüb.

Gununsesi.info